Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"200 manatlıq ancaq dollarin xeyrinə olacaq"-EKSPERT



"Yeni əskinasların, yəni 200 manatlıqların dövriyyəyə buraxılması heç bir halda məntiqə uyğun və yaxud ağıllı qərar sayılmır". 

Cebhe.info xəbər verir ki,  bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.  O qeyd edib ki,  bunun bir sıra mənfi nəticələri olacaq: "Əvvəla, dövriyyədə nəğd pul kütləsi həcminə olan tələbat nöqteyi-nəzərindən, o cümlədən hesablaşmalar və s. baxımından buna ehtiyac yox idi. İkincisi, lap zərurət olsa idi belə, bu addımı məhz indi atmaq düzgün deyildi. Məlumdur ki, manat bir müddətdir 1 ABŞ dollarına görə 1,70 qəpik dəyərindədir.

Neftin dünya bazar qiymətlərinə əsasən valyuta bazarımızda xeyli vaxtdır sabitlikdir. Ancaq bu, kövrək xarakter daşıyır. Ölkə iqtisadiyyatının yaxın perespektivdə inkişafı qeyri-neft məhsullarının ixracından və bu sahədə ölkənin mövcud potensialından necə istifadə ediləcəyindən asılıdır. Odur ki, neftdən kənar sahələr üzrə ixracın genişləndirilməsi istiqamətində görülən işlər durmadan davam etdirilir". 

Ekspertin fikrincə,  milli pul vahidimizin ən böyük nominallı əskinası olan 100 manatın 100 ABŞ dolları qarşısında 70 AZN ucuz olduğu bir məqamda 200-lüklərin dövriyyəyə buraxılması  yalnız Amerika valyutasının xeyrinədir: "Sözün qısası, ölkədə dollarizasiya prosesi yenidən vüsət alacaq, manata inamın bərpası prosesi birdəfəlik sönəcək, qiymətlər yüksələcək, idxalın genişlənməsi üçün əlavə stimul yaranacaq, birrəqəmli inflyasiyaya nail olmaq xeyli çətinləşəcək, qeyri-nəğd ödənişlərin və hesablaşmaların həcmi  əvvəlki templə artmayacaq, dövriyyədən orta perespektivdə nəinki qəpiklərin, ola bilsin ki, hətta 1 manatlıqların da  çıxması üçün real zəmin yaranacaq... Və bütün bunlar tədricən baş verəcək. Mərkəzi Bank manatın oturduğu hava şarını yüngülləşdirmək əvəzinə, ona əlavə yük yerləşdirdi".

Alçina Amilqızı
Cebhe. info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений