Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

2017-ci ilin doğrulmayan PROQNOZLARI: Zirəddindən Naxim Alixanovadək...



Adətən ilin sonunda ən çox diqqət yetirilən xəbərlər sırasında ekstraseslərin, astroloqların verdiyi proqnozlar xüsusi yer tutur. Ancaq çox zaman bu proqnozlar özünü doğrultmur. 

Cebhe.info 2017-ci ildə doğrulmayan bir neçə proqnozu təqdim edir: 

2017-ci ildə Qarabağda müharibənin başlayacağını deyən Nadim Alixanovun proqnozu tutmayanlar siyahısındadır. Belə ki, ekstrasens açıqlamalarının birində 2017-ci ilin sentyabrında müharibənin başlayacağına əmin olduğunu bildirmişdi. Ancaq məlum olduğu kimi Nadim Alixanovun dediyi tarixdə müharibə başlamadı. 

Proqnozu doğru çıxmayan ekstrasenslər siyahısında bir dönəmlərin məşhur siması olan Zirəddin Rzayev də var. Belə ki, Zirəddin Rzayev “2017-ci ilin 31 dekabrına qədər Britaniya kraliçası dünyasını dəyişəcək və ölkədə matəm elan olunacaq. Bu baxımdan 2017-ci il İngiltərə tarixinə kədərli il kimi düşəcək” proqnozunu vermişdi. Amma məlum olduğu kimi, Britaniya kraliçası II Yelizaveta hal-hazırda həyatdadır. 

Yerli ekstrasenslərlə yanaşı əcnəbilərin də 2017-ci il üçün proqnozlarının bir çoxu səhv çıxdı. Belə ki, “Ekstrasenslərin döyüşü” proqramının finalçısı, öngörücü Baxıt Jumatova 2017-ci ildə dünyanın böyük hissəsinin su altında qalacağını, İsrail və Əfqanıstanın yox olacağını, su basmış Yaponiyadan əhalinin Qazaxıstana köçəcəyini demişdi. Ancaq hələ ki, sakitlikdir. 
Tanınmış klimatoloq Ceyms Hansen də qazaxıstanlı həmkarı ilə eyni fikirdə olub. Hansenin proqnozuna görə, 2017-ci ildə dünyanı su basmalı idi. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений