Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

2018-ci ildə böyük ekranlı metal “iPhone” buraxılacaq



ABŞ-ın "Apple” korporasiyası gələn il birdən-birə üç yeni "iPhone”un təqdimatını keçirə bilər. 

fins.az xəbər verir ki, çox güman onların fərqli cəhəti ekranlarının daha böyük olması olacaq.

Hazırda şirkətin əməkdaşları 6,3 və 5,8 düym həcmli OLED ekranlı "iPhone” variantları üzərində işləyirlər. Bundan başqa, onlar 6,1 düym həcmli ənənəvi maye-kristal (LCD) displeyli "iPhone” istehsal edəcək. 

LCD model metal arxa panelə malik olacaq. Bu səbəbdən o, naqilsiz enerji doldurulması texnologiyasını dəstəkləməyəcək. Bu il "Apple” 5,8 düym ekranlı "iPhone X”, 4,7 düym displeyli "iPhone 8” və 5,5 düym həcmli ekrana malik "iPhone 8 Plus” smartfonlarını xüsusi olaraq bu funksiyanı dəstəkləmək üçün şüşə panellərlə təchiz edib. 

Təxmin edilir ki, LCD displeyli metal "iPhone” OLED displeyli "iPhone”dan daha ucuz olacaq

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений