Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

22 ildə ilk: DİKTATORA JEST



Şimali Koreya ilə aparılan danışıqlara görə Cənubi Koreya hərbi təlimləri təxirə salıb. 

Cebhe.info xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı yazıb. 

Mətbuatın yazdığına görə, növbəti hərbi təlimlər 26 iyunda başlamalı idi. Lakin Cənubi Koreya Şimali Koreya ilə dialoqun inkişafını nəzərə alaraq təlimləri təxirə salıb. Ancaq bu, yekun qərar deyil və gələcəkdə təlimlər bərpa oluna bilər. 

Xatırladaq ki, Taegeuk adlı ənənəvi hərbi təlimlər 1996-cı ilindən etibarən keçirilir. O zamandan bəri ilk dəfə olaraq bu il sözügedən təlim təxirə salınıb.  

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений