Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

25 nəfər hamilə qadını döydü - BAKIDA - VİDEO



Bakının Binəqədi rayonunda kütləvi dava baş verib.

ARB TV xəbər verir ki, Xocasən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəbindən qonşular arasında kütləvi dava düşüb.

Fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını və onlardan birinin həyat yoldaşı, Türkiyə vətəndaşı Səlcuq Yoldəmiri də qonaq çağırıb. Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və həmin su onların həyətinə axır. Bu səbəbdən onlar arasında mübahisə düşüb. Mübahisə böyüdüyü üçün yaşlı kişinin qohumları da məsləyə qarışıb. Nəticədə, onlar arasında əlbəyaxa dava düşüb.

Mübahisədə S.Səfərovla bacısı və yeznəsi ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq xəstəxanaya aparılıb.

Zərərçəkənlərdən biri Səfər Səfərov deyir ki, qarşı tərəf yalan danışır. Ara məsafə böyük olduğundan bu su onların həyətinə gedib çata bilməzdi. Təhdid edildiyini deyən S.Səfərov 15 dəqiqə sonra evinə kişi ilə bərabər daha 20-25 nəfərin gəldiyini və onu döydüyünü idda edir.

Zərərçəkənin bacısı hamilə olduğunu və aldığı zərbələrdən hamiləliyinin riskli vəziyyətə düşdüyünü deyib.

Qonaq olaraq çağrılan Səlcuq Yoldəmir də zərərçəkənlər sırasındadır. O bildirib ki, qaynını vermədiyi üçün evə gələn şəxslər onu da möhkəm döyüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений