Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

28 il əvvəlin bu günü - Qısametrajlı film



"Müasir Azərbaycan Gənclər" ictimai birliyi vətənpərvərlik hissinin gənclərə aşılanması istiqamətində daha bir  addım atıb.

20 yanvar həqiqətlərinin ictimaiyyətə çatdırılmasının ən effektiv yolunun bir başa cəmiyyətə müraciətdə görən birlik fəalları bunu video çarx  çəkməklə  həyata keçiriblər.

"Müasir Azərbaycan Gənclər" ictimai birliyinin sədri Orxan Fəxrəddinovun, birlik  fəallarından  Arzu Nəbizadənin, Leyla Mansurovanın, Nilufər Məmmədzadənin, Gülnar Həsənovanın, Günay Kərimzadənin, Zülfiyyə  Məmmədovanın, Mədinə Gondalovanın, Həsən Məmmədovun, Arzu Hüseynovanın, Əfruz Seyidova, Şahnaz Həsənzadə, Tural Abdullayev, rejissor  Muqbil Abışovun, montajçı Vüqar Camalın əməyi sayəsində ərsəyə gələn sosial çarxda Azərbaycanın uzaq keçmişindən bu gününə qısa nəzər salınır. Məhz o tarixi günlərdən birinin 20 yanvar gecəsində yaşandığı qeyd olunur.

Artıq qara, qanlı yanvarın 28-ci il dönümünün qeyd olunduğunu söyləyən gənclər azadlıq naminə şirin canından keçən şəhidlərimizi ehtiramla anır, ruhları qarşısında baş əydiklərini qeyd ediblər.

Ruhları şad olsun.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений