Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

3 nəfərin ölümünə bais olan yazıçı həbs edildi



3 nəfərin ölümünə bais olan yazıçı Emrah Sərbəs 13 il 4 ay həbs cəzasına məhkum edilib.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış türk yazıçısı alkoqollu işki qəbul edərək 3 nəfərin ölümü ilə nəticələnən qəza törədib.

O, ifadəsində baş verən hadisələrinə görə çox peşman olduğunu dilə gətirib.

Həmçinin, ölənlərin ailə üzvlərindən üzr istəyərək, hadisəni qəsdlə törətmədiyini deyib.

Yazıçı bildirib ki, hadisəyə səbəb içki deyil. Havanın yağışlı və qaranlıq olması qəzanın baş verməsinə  səbəb olub.

Emrah Sərbəs haqqında ilk olaraq 22 il yarım cəza istənilib. Bununla yanaşı məhkəmə onu 3 ilə qədər sürücülükdən məhrub edib. Amma sonradan yazıçı barədə 13 il 4 ay həbs kəsilib. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений