Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

3 uşaq atasını "tok" vurub öldürdü



Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

APA xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Habil Həmidov yaşadığı evin həyətində su motorunu işə salarkən ehtiyatsızlıq edib və kəsilmiş naqildə olan elektrik cərəyanı onu vurub.

Hadisə nəticəsində 3 uşaq atası Habil Həmidov dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений