Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

300 nəfər ölmək istədi: Arzularını yerinə yetirdilər



Hollandiyada fəaliyyət göstərən, həyatdan bezmiş insanların daha rahat ölməsini hədəfləyən İntihar Koorporativi adlı qurum artıq 300 üzvünə hazırlanan, toz halında olan dərmanı satıb.

Cebhe.info xəbər verir ki, ötən ilin sentyabrında Koorporativi tərəfindən verilən açıqlamada bildirilirdi ki, onlar intihar etmək istəyənlər üçün yeni bir dərman hazırlayır. Elmi işlər isə artıq yekunlaşıb. 

Bildirilir ki, ötən il belə bir dərmanın hazırlanması ilə bağlı açıqlama verildikdən sonra onların üzvlərinin sayı artıb. Belə ki, Hollandiya ilə yanaşı, Belçikadan da bura intihar etmək istəyən şəxslər qoşulub. Artıq Koorporativin üzvlərinin sayı 20 mini ötüb. Koorportaivin illik üzvilik haqqı 15, dərmanın satış qiyməti isə 180 avrodur. Dərman xüsusi qabda, onu sifariş edən şəxsin evinə gətirilir və barmaq izi ilə açılır. Müqavilə bağlayan şəxs intihat etdiyi üçün qurumu günahkar bilmədiyini, həmçinin bu dərmanı digər şəxslərə ötürməyəcəyinə vəd edir. 

Dərmanın tərkibinə gəldikdə isə, bu açıqlanmasa da, bildirilir ki, dərmanın tərkibində olan maddələr apteklərdə rahatlıqla satılır. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений