Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

32 məmura qarşı sanksiya TƏLƏBİ



Avropa Parlamenti Avropa Birliyini 32 rusiyalı məmura qarşı sanksiya tətbiq etməyə çağırıb.

Cebhe.info xəbər verir ki, siyahıda adı olan həmin şəxslərin Hermitage Capital fondunun hüquqşünası Sergey Maqnitiskinin ölümü ilə bağlı olduğu bildirilir. Avropa Parlamenti korrupsiya ilə mübarizəyə dair qətnamə çərçivəsində həmin məmurların da məsələsinə baxılmasını vacib hesab edir. 

“Biz əvvəlki mövqeyimizdə qalaraq çağırışımızı davam etdirir və Avropa Birliyi Nazirlər Şurasında  32 rusiyalı məmurun işinə baxılmasını vacib hesab edirik”,- deyə müraciətdə bildirilir. Həmin məmurların Avropaya girişinin yasaqlanması, viza verilməməsi və bu ölkələrdəki maliyyə mənbələrinin dondurulması da təklifdə yer alıb. 

Xatırladaq ki, Maqnitiski 2008-ci ildə həbs edilib və 2009-cu ildə həbsxanada ölüb. Onun ölümündən sonra çalışdığı Fond beynəlxalq kampaniya elan edib. Bir çox şəxlər bu kampaniya nəticəsində sanksiyaya məruz qalıb. ABŞ Konqresi Maqnitiski Aktı qəbul edib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений