Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

35 ölkədə heykəli qoyulan, 120 küçə və 35 meydana adı verilən dünya lideri



Türkiyə istiqlal savaşının  hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu və 1923-cü ildən 1938-ci ildə qədər ilk prezidenti, Türkiyə Silahlı Qüvvələrinin marşalı və daha əvvəlində bir Osmanlı paşası olan Mustafa Kamal Atatürk haqqında bir çox maraqlı məlumatlar var.

Cebhe.info Atatürk haqqında olan məlumatlardan birini təqdim edir. Belə ki, Mustafa Kamal Atatürk dünyanın 35 ölkəsində heykəli qoyulan, 120 küçə və 35 meydana adı verilən yeganə dünya lideridir.

Atatürkün Azərbaycan haqqında dedikləri də xüsusi önəm kəsb edən məsələdir.

"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur" sözlərini Mustafa Kamal Atatürk 1921-ci ildə Azərbaycan SSR-in Türkiyədəki təmsilçisi İbrahim Əbilovun etibarnaməsini qəbul edərkən deyib. Bu sözlər Atatürkün Azərbaycan haqqında işlətdiyi ən məşhur fikirlərdən biridir.

Vilayət Muxtar
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений