Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

38 min nəfərdirlər: Müstəqil olmaq istəyirlər



Kataloniyada müstəqillik referendumundan sonra Britaniyada Kanvey Ayland icması da bu xəyala düşüb. 

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, 38 min əhalisi olan bu bölgə də artıq Britaniyadan ayrılmaq niyyətini bildirib.

İcma üzvləri artıq açıq toplantı keçirərək niyyətlərini bəyan ediblər. Onlar bu məqsədlə petisiya tərtib etmək və müstəqillik məsələsinin həlli üçün xüsusi komissiyaya təqdim etməyi düşünür. 

İcma Şurasının 5 üzvündən biri olan Deyv Blekvell bildirib ki, region öz problemlərini həllinə çalışır və bunu müstəqil şəkildə həll etmək istəyir: “Artıq hərəkət etməyin tam zamanıdır. Biz nə edəcəyimizə dair əmr almaqdan yorulmuşuq".

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений