Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

45 yaşlı kişi özünü güllələdi



Oğuzda 45 yaşlı kişi odlu silahla özünü güllələyərək intihara cəhd edib.

APA xəbər verir ki, iyunun 24-də saat 17.00 radələrində rayonun Baş Daşağıl kənd sakini, 1973-cü il təvəllüdlü Rəsul Abbas oğlu Alməmmədov çiyin nahiyəsindən güllə yarası ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirlib ki, xəstəxananın cərrahiyə şöbəsində müalicəsi aparılan Rəsul Almmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Rəsul Alməmmədov yaşadığı ünvanda sərxoş vəziyyətdə intihar etmək məqsədi ilə özünü güllələyib.

Hadisə yerindən ov tüfəngi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений