Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

52 gün sonra: Kim boykota, kim məntəqəyə?- Siyahı artıq hazırdır



Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ənənəvi müxalifət düşərgəsinin seçkiyə münasibəti tam üst-üstə düşmür. Müxalifəti və bütövlükdə cəmiyyəti dəyişməyi qarşısına məqsəd qoymuş yeni qüvvələr prezident seçkilərində iştirak edəcəyinə dair qərarını verib.

Ancaq ənənəvi müxalifət  bu məsələdə yekdil deyil. “Yurd”un üstünlük təşkil etdiyi Milli Şura seçkiləri boykot etmək haqqında qərar verib. Baxmayaraq ki, Milli Şura rəhbərliyi 2018-ci il prezident seçkilərində iştirakı vacib hesab etdiklərini dəfələrlə bəyan etmişdilər. Görünən odur ki, Milli Şura rəhbərliyi və üzvləri boykot sözünün mənasından xəbərsizdirlər. Çünki digər partiyaların (Məsələn, Müsavat, KXCP-müəll.)bəyanatından belə məlum olur ki, onlar Milli Şura kimi boykot qərarı deyil, sadəcə seçkidə iştirak etməmək qərarı alıblar. Bu isə fərqli mənalar kəsb edir.

Əslində məsələnin mahiyyətinə vardıqda məlum olur ki, Müsavat Partiyası, Ümid Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və Respublikaçı Alternativ Hərəkatı (ReAl) seçkiləri boykot etməyib. Sadəcə olaraq müxtəlif səbəblərdən seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul olunub.

Müsavat Partiyası seçkidə iştirak etməyəcəyini bu cür açıqlayıb: “Hesab olundu ki, erkən seçkini vacib edən ciddi səbəblər açıqlanmadı, Seçki Məcəlləsi dəyişdirilməyib. Bundan başqa seçki siyahılarının dəyişdirilməsi və cəmiyyətdə seçki təbliğatının imkanları sıfıra endirilib. Beynəlxalq təşkilatların müşahidəçiliyinin təmin edilməsi mümkünsüz olub. Ona görə də seçkidə iştirak etməmək qərarı alındı”.

Ümid Partiyası vaxt azlığını əsas gətirib: “Partiyanın namizədini müəyyənləşdirmək qurultayın səlahiyyətindədir. Partiyanın qurultayı isə mayda keçiriləcək. Ümid növbədənkənar qurultay keçirə bilmək imkanı olmadığına görə seçkiyə qatılmamağa qərar verib. Bu partiyanın nizamnaməsindən irəli gələn məsələdir”.

AMİP də seçki ilə bağlı bəyanatında ümimiyyətlə boykot sözünü işlətməyib. “Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində partiyanın iştirakını məqsəduyğun saymayıb. Belə ki, hazırkı qeyri-bərabər rəqabət mühiti, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması və partiyanın maliyyə resurslarının məhdudluğu AMİP-in prezident seçkilərində iştirakına imkan vermr. AMİP Siyasi Şurası hesab edir ki, ölkədə seçkilərə münasibətin müsbət istiqamətə dəyişməsi və demokratik mübarizə şəraitinin yaradılması Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirə bilər. AMİP bu məsələlərlə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla müzakirələr aparmağa və əməkdaşlığa hazır olduğunu bəyan edir”.

ReAl Hərəkatı isə qərarı namizədinin olmaması ilə əsaslandırıb. Yəni, ReAl seçkiləri boykot etmir , sadəcə namizədi olmadığı üçün seçkilərdə iştirak etməyi doğru saymır.

Ancaq maraqlıdır ki, boykot qərarı verən Milli Şura və “Yurd” fəalları  seçkidə iştirak etməməklə bağlı qərar verən partiya və təşkilatları öz maraqlarına uyğun olan şəkildə təqdim etməyə çalışırlar. Məsələn, ReAL üzvləri dəfələrlə seçki ilə bağlı  qərarlarını izah etsələr də, ya “yurd”çular onları başa düşmür, ya da başa düşmək istəmir. ReAl əslində seçkini  boykot etmir, sadəcə seçkidə iştirak etmədiyini bildirir və səbəbini də açıqlayır.

Müsavat, KXCP və ReAl hərəkatının seçki ilə bağlı qərarından da bu nəticə çıxır: Bu partiyaların üzvləri rahat şəkildə seçkidə öz səsvermə hüququndan istifadə edə biləcəklər. Sadəcə olaraq təmsil olunduqları partiyanın namizədi olmayacaq. Ancaq mümkündür ki, seçkidə iştirak etməməklə bağlı qərar verən partiyalar müzakirələr zamanı seçkidə iştirak edən namizədlərdən birinə dəstək versin. Bu da siyasi münasibətlərdə çox normal və əslində vacib olan amildir.

Görünən odur ki, boykot qərarı verən ancaq Milli Şura və qurumu nəzarətində saxlayan “Yurd” sədri Əli Kərimlidir. Onların bu qərarı isə əvvəlcədən gözlənilən idi. Çünki Milli Şura 2013-cü ildə bütün resurslarını xərclədi və nəticədə Rusiyanın Azərbaycan üçün hazırladığı seçki layihəsi iflasa uğradı. Əli Kərimlinin isə yalnız “Yurd” fəalları  arasında nüfuzu var. “Yurd”çular isə yalnız “Məhsul” stadionunda göründükləri qədərdir. Bu qədər “güclə” seçkilərdə uğur qazanmaq haqqında düşünmək  sadəcə gülüncdür.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений