Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

56 vəzifəli şəxs nöqsana görə işdən çıxarıldı
 



Cari ilin 6 ayı ərzində meşələrin mühafizəsi sahəsində öz işlərində yol verdiyi nöqsanlara görə 56 nəfər tutduğu vəzifədən azad edilib, 111 nəfərə töhmət verilib, 58 nəfərə isə xəbərdarlıq edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov AzərTAc-a müsahibəsində məlumat verib.

Ümumilikdə, qanunsuz olaraq 11 min kubmetr həcmində ağac kəsilib. 122 nəfər hüquqi və fiziki şəxs barədə akt və protokol tərtib olunub. Meşə fonduna isə 68 min manat ziyan dəyib.

S. Salmanov bildirib ki, son 15 il ərzində qanunsuz ağackəsmə halları 5 dəfə azalıb. Respublikaya idxal olunan ağac və ağac məhsullarının miqdarı isə 7 dəfə artıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений