Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

616 ədəd partlamamış hərbi sursat tapılıb



Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan verilən məlumata əsasən, sentyabrın 23-də tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə və dəmir yolu xəttinin kənarına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 616 ədəd partlamamış hərbi sursat (PHS), 93 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 284 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 58 000 kv.m (5.80 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 28 gün ərzində 9 827 ədəd partlamamış hərbi sursat (PHS), 4 038 ədəd partlamış-yanmış sursat qalıqları və 15 294 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 39 089 588 kv.m (3 908.96 ha) ərazi yoxlanılıb

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений