Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

700 ədəd saxta yuyucu vasitə dövriyyədən çıxarıldı



Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində müxtəlif ərazilərdə səyyar formada saxta yuyucu vasitələrin satılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məlumatla əlaqədar Gəncə ŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə "Ford-Transit” markalı avtomobil müəyyən edilərək şəhər ərazisində saxlanılıb.

Polis əməkdaşları Gəncə şəhər sakini Rail Abdıyevin idarə etdiyi avtomobildən zavod istehsalı olmayan 401 ədəd məişətdə istifadə edilən yuyucu kimyəvi maddə (Fairy), 297 ədəd boş "Ariel” sellofan paketləri və 1 ədəd həmin paketlərin qablaşdırılması üçün istifadə edilən ütü aşkar ediblər.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений