Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Abituriyent intiharları: Test bəhanə ola bilər”



Qəbul imtahanında yetərli bal toplaya bilmədiyi üçün həyatına qəsd edən  gənclərin faciəsi cəmiyyətdə narahatlıq yaradıb. Bu hadisə müxtəlif sahə ekspertlərini də ciddi narahat etməyə başlayıb.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Qubad İbadoğlu hesab edir ki, bu məsələ hər birimizi qayğılandırmalıdır:

“Bir vaxtlar qəbul test sistemi ilə olmayanda yazılı və şifahi imtahanlardan dəfələrlə kəsilən, lakin çoxsaylı cəhdlərdən sonra tələbə adı qazanan minlərlə şəxslə rastlaşır, onların mübarizliyinə və prinsipiallığına qitbə edirdim. İqtisad Universitetində təhsil aldığım 27 nəfərlik qrupda mən ilk cəhddən tələbə adını qazanan yeganə şəxs idim. Elə bu səbəbdən də qrup yoldaşlarımla aramda olan yaş fərqi 4 ildən 10 ilədək dəyişirdi.

Bu gün həyatına qəsd edənlərdən birinin yasında iştirak edərkən çox düşündüm və belə qənaətə gəldim ki, test bəhanə ola bilər. Görünür, cəmiyyətdəki naqisliklər, mənəvi-əxlaqi dəyərlərin güncə sıxışdırılması, sosial-iqtisadi çətinliklərin artması, yersiz qınaq və danlaqların çoxalması gənclərin psixioloji durumuna davamlı təsir göstərdiyindən onlar çıxılmaz duruma düşür və belə vasitələrə əl atır, həyatlarına son qoyurlar. Sizcə kimdir günahkar?”

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений