Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ 15 ildə terrorla mübarizəyə 2,8 trilyon dollar xərcləyib



ABŞ 2002—2017-ci maliyyə illərində qlobal terrorla mübarizəyə 2,8 trilyon dollar vəsait xərcləyib.

Bu barədə məlumat Vaşinqtonda yerləşən Henri Stimson adına Mərkəzin apardığı tədqiqatın nəticələrində yer alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ekspertlər analiz zamanı ABŞ-ın həm ölkə daxilində, həm də sərhədləri xaricində terrorla mübarizə aparan bütün hərbi qurumlarının, o cümlədən Pentaqonun, Daxili Təhlükəsizlik Nazirliyinin və Dövlət Departamentinin müvafiq xərclərini hesablayıb. Tədqiqatda, həmçinin Əfqanıstanda, İraqda, Suriyada keçirilən hərbi əməliyyatlara, terrorçuların ABŞ-a girişinin qarşısının alınmasına, ölkə ərazisində ekstremistlərin ifşa olunmasına, həmin məqsədlərlə digər dövlətlərə yardımlar edilməsinə xərclənən vəsaitlər də nəzərə alınıb.

Tədqiqatçılar qeyd edirlər ki, 2001-ci il sentyabrın 11-də sərnişin təyyarələri ilə “Əkiz qüllələrə” edilən və 3,5 min nəfərin ölümü ilə nəticələnən hücumdan sonra ABŞ hər il terrorla mübarizəyə orta hesabla 186,6 milyard dollar vəsait xərcləyir. Son 15 ildə Pentaqonun məsrəfləri həmin istiqamətdə ümumi xərclərin 60 faizini təşkil edib – 1,7 trilyon dollar. Daxili Təhlükəsizlik Nazirliyinin payına 35 faiz (979 milyard dollar), əsasən də digər dövlətlərə hərbi yardımın göstərildiyi xəttin – Dövlət Departamentinin payına isə 5 faiz (138 milyard dollar) düşüb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений