Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ-da Xocalı sərgisi - Erməni vandalizmi ifşa olunacaq



Amerikanın Arizona ştatında Xocalı soyqırımına həsr edilmiş foto sərgi açılacaq. 

Cebhe.info-ya bu barədə sərginin təşkilatçısı, ABŞ-da fəaliyyət göstərən “Turkish-American Security Foundation”-un (TASFO) adlı təşkilatın başqanı Fatih Özonur məlumat verib.

F.Özonur sərginin bu ayın son həftəsində açılacağını diqqətə çatdırıb. “Xocalı soyqırımını xatırlamaq və Erməni terrorunu qınamaq” adı altına baş tutacaq sərgi TASFO ilə yanaşı, “Turkish – American Solidarity”, “Cultural and Education Foundation” və “İstanbul Şəhid Ailələri və Yaxınlarına Dəstək Dərnəyi” tərəfindən dəstəklənəcək.

Fatih Özonur sərgidə Xocalı soyqırımı və ermənilərin ayrı-ayrı tarixlərdə türklərə qarşı həyata keçirdikləri qətliamlara aid şəkillərin nümayiş olunacağını deyib. Təşkilat sərginin tarixi və açılacağı məkanın yerini gələn həftə açıqlayacaq. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений