Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ-dan Rusiya ilə bağlı sensasion TƏKLİF “Terrorçu dövlət elan edilsin"



Amerikalı senator, Demokratlar Partiyanın təmsilçisi Robert Menendez Rusiyanın ABŞ-ın “qara siyahısı”na daxil edilməsini təklif edib.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, senator Rusiyanı keçmiş casus Sergey Skripal və qızı Yuliya Skripalı zəhərləməkdə ittiham edib. O, hesab edir ki, İngiltərədə həyata keçirilmiş bu sui-qəsd planında rus kəşfiyyatının əli var.

“Rusiyanın adı “terrorizmə dəstək verən dövlətlərin siyahısı”na salınmalıdır. Hesab edirəm ki, Sergey Skripal və qızının zəhərlənməsi planını Rusiya həyata keçirib. Buna görə həmçinin, sanksiyalar sərtləşdirilməlidir. Xatırladım ki, Tramp administrasiyası Kim Yonqun qohumunun zəhərlənməsindən sonra Şimali Koreyanı “terrorizmə dəstək verən dövlətlərin siyahısı”na daxil edib. Belə bir addımın Rusiyaya qarşı atılması da məqsədəuyğundur”, - deyə Robert Menendez qeyd edib.

Senator bildirib ki, İngiltərədən sonra digər Avropa dövlətləri də Rusiyanın gözlənilməz hücumlarına hazır olmalıdırlar: “İngiltərə və müttəfiqləri Rusiyanın bu kimi axmaq hücumlarına hazır vəziyyətdə gözləməlidirlər”.

Qeyd edək ki, Şimali Koreya ilə yanaşı, İran, Suriya və Sudan ABŞ-ın “terrorizmə dəstək verən dövlətlərin siyahısı”ndadır.  
 
Məlumdur ki, martın 12-də parlamentdəki çıxışında Böyük Britaniyanın baş naziri Tereza Mey Sergey Skripal və qızının Rusiya tərəfindən zərhərləndiyini açıqlayıb. Mey bununla Rusiyanın İngiltərəyə qanunsuz müdaxilə etdiyini də iddia edib. 

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений