Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

ABŞ Liviyanı bombaladı



ABŞ ordusu Liviyadakı İŞİD düşərgələrini bombardman edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Afrikadakı komandanlığından bəyanat yayılıb.

“ABŞ ordusu Liviyada səhralıq ərazidə məskunlaşmış İŞİD qüvvələrinə qarşı 6 aviazərbə endirib. Zərbələr nəticəsində 17 terrorçu öldürülüb, 3 zirehli maşın məhv edilib”, - bəyanatda bildirilib.

Qeyd edək ki, məhv edilən düşərgənin əməliyyatların planlaşdırılması, terrorçuların köçürülməsi və silah saxlanılması üçün istifadə edildiyi məlum olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений