Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

ABŞ saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub



ABŞ-ın "International Policy Digest" saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub. ABŞ-ın "International Policy Digest" https://intpolicydigest.org/2017/09/20/kremlin-s-karabakh-gambit/ saytında Azərbaycanın Şotlandiya və İrlandiya üzrə məsləhətçisi Fuad Ələkbərovun "Kremlin’s Karabakh Gambit" məqaləsi dərc olunub. 

Məqalədə Rusiyanın Qarabağ siyasəti barədə ətraflı məlumat verilir.

Bu barədə cebhe.info-ya diaspora üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Yazıda Azərbaycan və Ermənistanın Rusiya ilə münasibətlərinin xüsusi səciyyə daşınması məsələsinə toxunulur.

Məqalədə bildirilir ki, Dağlıq Qarabağ münaqişəsində Rusiyaya qarşı Azərbaycan "inteqrasiyaçı", Ermənistan isə "obstruktiv" mövqe tutur. Rəsmi Moskvanın İran və Türkiyə ilə geostrateji əməkdaşlıq səviyyəsində yaxınlaşması və davamlı Avrasiya siyasəti, Azərbaycan - Rusiya münasibətlərində müəyyən müsbət nəticələr yarada bilər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений