Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Adnan Oktarın ilk həbsi və 14 illik dəlilik kağızı…



Ötən gün Harun Yəhya təxəllüsü ilə tanınan Adnan Oktarın həbs olunması ilə bağlı xəbər vermişdik. Adnan Oktarın və təşkilatına üzv olan 230-a yaxın şəxsin həbs olunması Türkiyədə böyük əks-səda doğurdu. Ancaq bu Adnan Oktarın ilk həbsi deyil. Türkiyə polisi tərəfindən bir neçə dəfə həbs olunan Adnan Oktar hər dəfəsində qısa zaman sonra azadlığa buraxılıb. A.Oktarın ilk həbsi isə daha qalmaqallı olub. 

Cebhe.info xəbər verir ki, o, ilk dəfə 1986-cı ildə həbs olunub.

A.Oktarın həbsinə səbəb isə “Yəhudilik və Masonluq” adlı kitabı olub. Kitab Türkiyədə böyük əks-səda doğurur. Özünün dediyinə görə həbs olunmağına səbəb işlətdiyi "Türk xalqındanam, İslam millətindənəm" cümləsi olub. 9 ay həbsdə qaldıqdan sonra ağıl xəstəliyi səbəbilə Bakırköy Ağıl Xəstəlikləri xəstəxanasına, ağır ağıl xəstəsi olan 300 nəfərin müalicə aldığı, cinayətlərin tez-tez baş verdiyi 14A korpusuna salınıb.  Bu hadisə həmin dövr mətbuatda böyük əks-səda doğurur. 

Qeyd edək ki, sözügedən xəstəxana Türkiyənin ən qaranlıq və qapalı xəstəxanalarından biridir. 10 ay da xəstəxanada qaldıqdan sonra prokurorun "ifadələrində cinayət məsuliyyəti yoxdur" deməsilə buradan azadlığa buraxılır. 2000-ci ildə Türkiyə Silahlı Qüvvələri Gülxanə Hərbi Tibb Akademiyası tərəfindən "sağlamlığı haqqında tibbi arayış" verilib. Həmin dövrə qədər isə Adnan Oktar ağıl xəstəsi kimi tanınıb.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений