Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Afrin gündəmi: Əməliyyatlara daha bir ordu qoşuldu - SON DƏQİQƏ



Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində əməlliyyatları davam edir.

Türk hərbçiləri “Zeytun budağı” əməlliyyatı çərçivəsində kürd PYD terrorçularının işğalı atında olan 7 bölgədə 113 hədəfdən 108-ə zərbə endirib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, əməlliyyatlara Azad Suriya Ordusu da qoşulub. Məlumata görə türk ordusuna dəstək verək ASO Afrinə doğru irəliləyir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin başladığı əməlliyyatlar beynəlxalq terrorizmə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Türkiyə-Suriya sərhəddinin 65 faizi PYD terrorçularının nəzarətindədir. Bölgədəki yüksəkliklər kürd terrorçularının əlindədir və bu da  Türkiyənin Hatay və Kilis bölgələrini atəş altında saxlamağa imkan verir. İllərdir ki, PKK-ya dəstək terror təşkilatının  nəzarətindəki Amanos dağlarından keçməklə gətirilir.

Aydın

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений