Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ağ Evdən Avroya İRAN CƏZASI



Bir müddətdir ki, artıq dünya gündəmini zəbt edən ən vacib məsələlərdən biri ABŞ və İran münasibətlərindəki siyasi gərginlikdir. Hər iki ölkə rəsmiləri hər keçən gün biri-birlərinin ünvanına kəskin bəyanatlar və ifadələr işlədirlər.

Bu məsələdə bir çox ölkələr ABŞ-a dəstək versə də, rəsmi Vaşinqtonla fikir ayrılığı yaşayan dövlətlər də az deyil. Bu sırada ilk yerləri Avropa ölkələri tutur. Almaniyanın xarici işlər naziri Heiko Maas mayın 23-də ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Vaşinqtonda görüşündən sonra da bunu təsdiqləyən açıqlamalar verib. Almaniyalı nazir 75 dəqiqəlik görüşdən sonra jurnalistlərə bildirib ki, İranla yeni nüvə sazişi məsələsində Birləşmiş Ştatlarla Avropa ölkələri kompromisdən çox uzaqdırlar. 

ABŞ-la Avropanın ikifikirlilik yaşadığı bir vaxtda İranın ali dini lideri isə Avropa ölkələrini İranla daha sərt saziş tələblərini rədd etməyə çağırıb.

İki ölkə arasında yaranmış siyasi gərginliyin sionistlərin sifarişi olduğunu deyən politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya açqılamasında bildirdi ki, ABŞ İrana qarşı sanskiyaları İsrailin xətrinə edir. Onun fikrincə, tərəflərin böyük əzmkarlıqla hazırladığı müqavilədən ABŞ-ın birinci çıxması, bütün dünyaya göstərdi ki, Amerikaya etibar yoxdur. Məhz bu addımına görə, Şimali Koreya ilə də imzalanan müqavilə şübhə altındadır: "Qaldı Avropanın məsələsəsinə, Avropa iqtisadi cəhətdən nəhəng, siyasi cəhətdən cırtdandır. ABŞ-dan asılıdır. ABŞ  Avropaya deyib ki, siz mənim sanksiyalarıma qoşulmasanız,  onda sizin şirkətlərinizə qarşı sanksiya tətbiq edəcəm. Bu isə Avropa ölkələri şirkətləri üçün iri ABŞ bazarını itirmək deməkdir".

Hələlik Avropanın dözümlülük nümayiş etdirib ABŞ-ın İrana qarşı sanksiyalara qoşulma təklifini rədd etdiyini deyən siyasi ekspert hesab edir ki, bu çox uzun çəkməyəcək: "Belə olacağı təqdirdə bir daha görsənəcək ki, Avropa ölkələrinin müstəqilliyi boş sözlərdir. Avropa ABŞ-ın yarım müstəmləkəsidir. ABŞ öz mövqeyini bildirdi ki, İranla imzalanmış müqavilədən çıxın. Və indi rəsmi Vaşinqton Avropa ölkələrinə şərt qoyur ki, müqavilədə qalsanız, İrandan neft alsanız, əlinizdə olan pulu, dollarla və ya avro ilə irana keçirilməsinə şərait yaratsanız iqtisadi embarqolara məruz qalacaqsınız. Ona görə də Avropa ölkələri məcburən sanksiyalara qoşulacaqlar". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений