Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ağ Evdən dünyaya İran terroru ilə bağlı xəbərdarlıq: Səfirliklərə qarşı CİDDİ İTTİHAM



ABŞ dünya ölkələrinə müraciət edərək, onları ayıq-sayıq olmağa çağırıb.

Vaşinqton İranın terraktlar hazırladığını açıqlayıb və ölkələri diqqətli olmağa səsləyib. ABŞ Dövlət Departamentindən bildirilib ki, İran öz səfirliklərindən müxtəlif ölkələrdə terror aktlarının həyata keçirilməsi üçün örtük kimi istifadə edir. Qeyd edilib ki, İranı bu fəaliyyəti maliyyələşdirəcək gəlirlərdən məhrum etməyin yolları ilə bağlı Səudiyyə Ərəbistanı ilə 3 günlük müzakirələr aparılıb. Qurumun açıqlamasına görə ABŞ İranı bu gəlirlərdən məhrum etmək üçün müzakirələr aparıb. Çünki İran bu gəlirlərdən müxtəlif ölkələrdə terraktların təşkilində istifadə edir.

Maraqlıdır, İran sözügedən məsələdə pərdəarxası hansısa plan hazırlayırmı? “Cümhuriyət” qəzetinə şərhində Qərb-Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib ki, hazırda bütün dünya ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət üzərində daha çox cəmləşib. O, məlum bəyanatdan sonra İranın bölgə dövlətlərinə, xüsusilə də Azərbaycana qarşı olan münasibətlərinə toxunaraq maraqlı fikirlər səsləndirib: “Trampın atacağı addımlar, müxtəlif hadisələrə verdiyi qiymət və dövlət başcılarıyla görüşləri zamanı söylədikləri bəyanatlar maraq doğurur. Eləcə də hansı ölkənin ABŞ-la gələcəkdə qurulacaq münasibətlərini Trampa və onun yürütdüyü siyasətə bağlayırlar. Trampın İrana olan münasibətləri artıq bəllidir və ABŞ bacardığı qədər İranı sanksiyalarla boğmağa calışır.

İran rejiminin dəyişdirilməsinə cağırışlar edir, bu ölkənin neft ixracını əngəlləməyə calışır və bütün ölkələri onunla əlaqələri kəsmədiyi halda ABŞ-a qarşı olduqlarını vurğulayır. İran artıq iqtisadi baxımdan cox cətin vəziyyətə düşüb və bundan sonra atacağı addımlarda düsünməyə məcburdur. İran əslində daxildə ziddiyyətlərlə dolu olan bir ölkədir. Bu ölkədə müxtəlif cür güç mərkəzləri var və onlar da siyasətdə öz maraqları cərcivəsində hərəkət edirlər. Yəni daxili və xarici siyasətə təsir edə bilirlər ki, bu da bir cox ziddiyyətlərə gətirib cixarır”.

Politoloq qeyd edib ki, İranla Azərbaycan münasibətləri coxşaxəlidi. Yəni iki sərhəd qonşu və dini baximdan da yaxın olmağımıza baxmayaraq İran Azərbaycana birmənalı dost kimi yanaşmır: “İranda fəaliyyət göstərən bəzi dairələrin mütəmadi olaraq Azərbaycana qarşı calışdıqlarını müşahidə edirik. Bəzi İran dairələri ölkəmizdə baş verən bəzi hadisələri məqsədyönlü şəkildə alovlandırmağa, insanlar arasında təşviş yaratmağa, bu prosesləri dövlətə qarşı istiqamətləndirməyə çalışırlar. İranın Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi olkəmizə qarşı olan ən böyük haqsızlıqdır. Halbuki, Azərbaycan bütün təzyiqlərə sinə gərərək İrana qarşı hec bir fəaliyyətdə iştirak etməyib, öz ərazisindən bu dövlətə qarşı hər hansı tədbirlər keçirilməsinə imkan verməyib. Əksinə, Azərbaycan hər zaman bəyan edib ki, İran bizim qonşu dövlətdir və biz ona qarşı heç bir fəaliyyətə icazə verməyəcəyik.

Lakin bütün bunlara baxmayarq İran bunlari nəinki qiymətləndirmir, əksinə, İrandakı mühafizəkar qüvvələr Azərbaycanda fəal kəşfiyyat-pozuculuq işi aparır, radikal dini qruplara himayədarlıq edir, üstəlik, virtual təxribat-pozuculuq, dezinformasiya fəaliyyəti apararaq əhali arasında çaşqınlıq yaratmağa çalışır. Nardaranda məlum olaylar baş verərkən, indi də Gəncədə qarışıqlıq yaranan kimi yenə İran yada düşür. Bu ölkəmizə qarşı yönələn bir oyundu. Amma bunların heç bir nəticəsi olmayıb və olmayacaq. Biz də bu oyundan hər zamanki kimi alnıaçıq cıxacağıq. Çünki Azərbaycan həyata keçirdiyi böyük qlobal layihələrlə artıq daha da böyük gücə malik olur və sözünü deyə biləcək ölkələr sırasına daxil olur”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений