Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Ağ" Partiya məhkəməyə gedir



"AĞ" Partiya məhkəməyə müraciət edəcək. 

Bunu Cebhe.info-ya açıqlamasında "AĞ" Partiyanın sədr müavini Əhəd Məmmədli deyib. Ə.Məmmədli qeyd edib ki, Ədliyyə Nazirliyinə partiyanın adının dəyişdirilməsi üçün müraciət ediblər:

"Biz qeydiyyatdan keçmiş partiyayıq. Rəsmi sənədlərdə partiyamız yer alır və fəaliyyət göstərir. Sadəcə qurultaydan sonra partiyanın adı dəyişdirilib. İndi də adın reyestr dəyişikliyi proseduru gedir. Adın siyasi anlamına görə çəkinirlər və məsələni uzadırlar. Belə davam etsə, məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, sözügedən partiya Vahid Azərbaycan Partiyasının bazasında yaradılıb. VAP-ın son qurultayında Tural Abbaslı partiya sədri seçilib və qurultayın qərarı ilə partiyanın adına və nizamnaməsinə dəyişikliklərin edilməsi qərara alınıb.

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений