Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ağacın kölgəsində söhbət: “İndi kitab alan yoxdur”- REPORTAJ- FOTOLAR



İsti yay günündə bir udum suya həsrət qalaraq ağacın kölgəsinə sığınan Nurəddin dayı ilə söhbət

Yayın ən isti günləridir. Elə bil havadan od yağır. Kimisi ofisdə oturaraq evinə çörək pulu qazanır.Kimisi isə elə yayın bu istisində, başına gün döyə-döyə işləyir.Kitab satışı ilə məşğul olan Nurəddin Rüstəmov da min bir əziyyətə qatlaşır ki, evinə çörək pulu aparsın. Yaşı 60-dan bir az çox olar. Nurəddin dayı da qara fəhlə hesab edilir.Günlük qazancı çox azdı.Bəzən elə qazandığını yol puluna xərcləyir.

3 övlad sahibidir.Artıq 4 ildir ki, Bakı Dövlət Universitetinin önündə işlənmiş, ikinci əl kitablarının satışı ilə məşğuldur.25-30 qəpiyə aldığı kitabları 1-3 manata satır.Bəzən pulsuz olaraq kitablarını bağışlayanlar da olur.Deyir elə günlər olur ki, heç alıcım olmur, evə çörək pulu apara bilmirəm. Ümid isə rayonda yaşayan qohum-əqrəbalaradır: “Sağ olsun, rayonda yaşayan qohum-əqrəbalar bizə əl tutur, dadımıza çatırlar. Yoxsa ki, belə gündə yaşamaq da olmaz.Çox çətindir.Elə olur ki, heç kitab satılmır.Elə gün də olur ki, cəmi bir kitab satıram.Öncələr kitab satışında bugünlə müqayisədə daha çox gəlir gətirmək olardı.Vəziyyət ağırlaşıb”.

Nurəddin dayı deyir ki, alıcıların böyük qismi yaşlılardır. Cavanlar daha çox elektron nəşrlərə maraq göstərdiyi üçün ucuz olsa da, bu kitabları almaqda maraqlı deyillər: “Sovet dövründə böyüyüb boya-başa çatmışam. Sovet dövrünün təhsilini almışam.Hələ o vaxtlar Keşlədə bir qaraj vardı, orda işləyirdim.Mənim üçün yeni sistemdə, kompüterlə işləmək çətindir.Cavanlar bu sistemi daha asan qavrayır.Başqa hansı sahədə işləyə bilərdim ki”.

Deyir ki, sürücülük vəsiqəsi var: “Əvvəllər maşınım da olub. Amma indiki zəmanədə sürücü olmaq da asan deyil.Gündə bir qərar, qanun çıxarırlar.Vergisi, sığortasına görə nə qədər pul tökürlər.Səhərdən axşamadək görürəm də, günün altında işləyirlər”.

Yayın bu isti günündə bir udumluq suya həsrət qalaraq, bir ağacın kölgəsinə sığınan Nurəddin Rüstəmov mütaliəni çox sevir, gənclərə də mütaliə etməyi tövsiyə edir: “Evə gedəndə də kitab oxuyaraq istirahət edirəm.  Kitab gözəl bir şeydir”.
 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений