Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ağdamda 34 yaşlı idmançını öldürən bahalı vitamin: Gənclərin “ölüm tələsi”, apteklərin bəzəyi reseptsiz satışda - FOTOLAR 



Ötən gün protein tərkibli vitaminindən dünyasını dəyişən idmançı ilə bağlı xəbər ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bildirilir ki, Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü, idmançı Sabir İbrahimovun ölümünə səbəb proteini həddən artıq çox qəbul etməsidir. İdmançı uzun müddət imiş ki, bodibildinq (kulturizm) idman növüylə məşğul imiş və məşq elədiyi zaldan ona məsələhət görülüb ki, protein vitamini qəbul etsin. Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, xəstənin iç orqanları - ciyəri və böyrəkləri tam sıradan çıxıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olamayıb. Məlum olub ki, gəncin iç orqanlarının sıradan çıxmasına səbəb məhz mütamadi şəkildə qəbul etdiyi protein- vitamin olub. 

Qeyd edək ki, mərhumun iki azyaşlı qız övladı var. 

Cebhe.info 34 yaşlı idmançının ölümünə səbəb olan protein tərkibli vitaminlərlə bağlı bəzi araşdırmalar edib. Həkimlər bu məhsuldan şikayət edənlərin sayının durmadan artdığını bildiriblər. Gənclər protein tozuna maraq göstərsələr də, əslində zərərlidir. Daha çox kişilər qadınların xoşuna gəlmək və “əzələ yığmaq” üçün idman etməzdən əvvəl zülallı qidalara üstünlük verirlər. Buraya protein tozu da əlavə edəndə dəhçəti nəticələrə yol aça bilir. Çünki normalda qəbul etdikləri zülaldan 4 dəfə çox zülal qəbul edirlər. 

Yüksək dozada proteindən istifadə idmanla məşğul olan gənclərin böyrəyini və qaraciyərini yorur. Xüsusilə də əzələli görünmək üçün protein tozundan istifadə edən gənc oğlanların dializdən asılı olma ehtimalı yüksəkdir. Zülal tozları daha çox böyrək çatışmazlığına yol açır. Bundan başqa yüksək təzyiq, ürək əzələlərində böyümə, erkən infarkt və ürəkdə ritm pozğunluğuna şərait yaradır. 

Paytaxtımızda protein-dərmanların reklamına tez-tez təsadüf edirik. Daha çox telekanallardakı idman verilişlərində belə reklamlara üstünlük verilir. Daha doğrusu, təbliğat xarakteri daşıyır. Bunun kimi cəlbedici reklamları görən oğlanların istər-istəməz protein-dərmanlara qarşı marağı artır. Protein tərkibli preparatları əldə etmək isə olduqca asandır. Çünki belə preparatlar apteklərdə həkim resepti olmadan satılır. Əksər hallarda özbaşına qəbul edilən protein-dərmanlar bir çox hallarda insan sağlamlığına ziyan vurur. 

Cebhe.info əməkdaşı müşahidə apardığı bir neçə aptekdə fərqli protein tozlarının açıq satışının şahidi olub. Əczaçılar bu tozlardan geniş istifadə edildiyini də gizlətməyib. Onlardan birinin sözlərinə görə, əslində proteindən istifadənin o qədər də ziyanı yoxdur. Bir şərtlə ki, tozdan qəbul edən şəxsin ürəyində hər hansı problem olmasın. 

Bu məhsulların  çeşidləri kimi qiymətləri də fərqlidir. Belə ki, protein tozunun 1 kq-lıq qutusunun qiyməti 34 manatla 80 manat arasında dəyişir. Əczaçı onu da əlavə edib ki, çox zaman alıcılar qiymətlərin baha olması səbəbindən onu almaqdan imtina edirlər. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений