Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ağdamda reklam lövhələrini oğurlayan şəxslərin kimliyi məlum olub



Ağdamda reklam lövhələrini oğurlayan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə  görə, Gəncə şəhər sakinləri - Novruzov Kamran Vilayət oğlu və Fərzəliyev Orxan Əkbər oğlu oğurladıqları reklam lövhələrini tanışları Musayev Musa Zakir oğluna məxsus 50 CC 403 “Ford Tranzit” markalı avtomobilə yükləyərək Gəncə şəhərinə aparıblar.

Ağdam rayon Polis Şöbəsindən APA-ya bildiriblər ki, saxlanılan şəxslər istintaq zamanı etdikləri əməli etiraf ediblər. Bildiriblər ki, Ağdam, Bərdə, Yevlax, Gədəbəy, Qazax, Ağdaş, Sabirabad və Göyçay rayonlarında yerləşən dayanacaqlarda sökdükləri reklam lövhələrini Gəncə şəhərinə apararaq əlvan metalların qəbulu sexinə satıblar.

Hazırda həmin şəxslərin digər cinayət əməlində iştirakının olub-olmadığı araşdırılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений