Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Alim Qasımov VİDEOMÜRACİƏT yaydı



Xalq artisti Alim Qasımov "İnstagram" səhifəsində İranda baş verən zəlzələdən dolayı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verib.

Cebhe.info xəbər verir ki, xanəndə video-müraciətində hadisədən çox üzüldüyünü bildirib, yaxınlarını itirənlərə Allahdan səbr diləyib.

Qeyd edək ki, noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində, ümumilikdə, 1650 yaşayış məntəqəsinə ziyan dəyib, 12 minədək ev tamamilə uçub. Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub. Ölənlərin sayı 600-ə yaxınlaşıb.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений