Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Alimdən akademik Nailə Vəlixanlıya CİDDİ İTTİHAM - MÜSAHİBƏ



Boya-başa çatdığı İrmaşlı kəndindən çıxan yeganə ziyalıdır ki, elmlə məşğul olub. 1995-ci ilədək davamlı olaraq elmi fəaliyyətlə məşğul olan həmsöhbətimiz bundan sonra kommersiya fəaliyyəti ilə də məşğul olur. 5 övladını yerbəyer edəndən sonra, 2005-ci ildə yenidən elmi fəaliyyətini davam etdirməyi qərara alır. Elə ilk olaraq da doğulduğu kəndin tarixini kitaba çevirmək məqsədi ilə tədqiqata başlayır. Şəmkir rayonunun İrmaşlı piri haqda tədqiqatlara başlayarkən ona məlum olub ki, bu pir qonşu Atabəy kəndində arxeoloji abidə kimi qeydə alınıb. 

(Yazının əvvəlini buradan oxuyun)

- Qoşa kiləslərin sirri nədir?
- Zamanla qoşa kilsələrin sirrini açmağa başladım və bəlli oldu ki, xristianlıq 1-ci əsrdə Azərbayan Albaniyasına gəlib. Elə o vaxtı Şəkinin Kiş kəndində məbəd tikilib. Hansı ki, bu tikili  Qafqazda ilk xristian məbədi hesab edilir. Bu məbədi ziyarət etmişəm və buradakı bir yer ikinci kilsənin mövcudluğu haqda ehtimal irəli sürməyə də əsas verib. 1-ci əsrədək isə burada, Azərbaycan Albaniyasında bütpərəstlik dini geniş yayılıb ki, onunla da xristianlıq dini arasında qısa zaman kəsiyində ciddi ziddiyyət yaranıb. 313-cü ildən sonra artıq xristianlıq Azərbaycan Albaniyasında rəsmi olaraq dövlət səviyyəsində din kimi qəbul edilib. Bir müddət sonra isə sasanilərin təsiri ilə ölkəmizə zərdüştlük gətirilib. Bu zaman İrandan gətirilən  700 kahin ərazimizdəki xristian məbədlərinin hamısını dağıtmağa cəhd ediblər. Albaniya çarının yay iqamətgahı Şəmkir çayının zirvəsi, qış iqamətgahı isə Zəyəm çayının kənarında, Xalxal şəhərində yerləşib. Bizim tədqiqatçılar nəzərə almır ki, ötən əsrin 50-ci illərində buraxılan tarix kitablarımızın səhifələrində yazılırdı ki, 450-ci ildə Xalxal şəhərində, Zəyəm çayında qan su yerinə axıdılıb. Apardığım araşdırmalar zamanı bəlli olub ki, Osmanlılar bura 1725-1727-ci ildə gələrək Gəncə-Qarabağ əyalətinin “Müfəssəl dəftəri”ni tərtib ediblər. Burada yazılır ki, bugünkü kəndlərin bir çoxu bu siyahıda olub. Xılxıla şəhəri, yəni, Xalxal Zəyəm kəndinin kənarında yerləşib. Tovuzda araşdırma apararkən əhali dedi ki, burada vaxtilə şəhər olub. Bu şəhəri indiki Yanıqlı kəndinin ərazisinə şamil etmişdilər. Mənə məlumdur ki, şəhər relyefdən asılı olaraq yerləşə bilər. Dar yerdə şəhər yerləşə bilməzdi. Şəhər aşağıda yerləşirdi. Baxdım ki, Köhnə qala deyilən ərazidə 1963-cü ildə yol çəkilərkən 4 min 500 il öncəyə aid olan tuncdan tökülmüş  kişi və qadın heykəlləri aşkarlanmışdı. Əldə etdiyim bu heykəllər milli muzeyimizdədir. Həmin ərazidə qala yeri var idi. Bütün abidələrə əlimlə toxunaraq gördüm ki Dəlik daş  adlanan yerdə kilsə, həmçinin də 450-ci ildə dağıdılmış monastrı aşkarladım. Bu monastırlar 3-4-cü əsrdə formalaşmışdı ki, bu da onu deməyə əsas verir ki, Qafqazda ilk monastır bizim Albaniyamızda olub, Xalxal şəhəri də burada yerləşib. Milli mövqeyimə  görə institutun direktoru Əltəkin Salahzadə ötən ilin yanvarında məni işdən azad etdi. 

“Albaniyanın aborigen əhalisi türklər idi”

- Artıq məhkəməyə müraciət etmisiz?
- Bəli, hazırda cavabdeh kimi AMEA Mİİ-ni məhkəməyə vermişəm. Artıq iki iddia ərizəm əsasında iş Ali Məhkəmə səviyyəsindədir.  2017-ci ilin noyabr ayını 21-22-də Kazan şəhərində “İlahiyyat və dünyəvi elmlərin ənənəvi və müasir qarşılıqlı əlaqələri” XVI beynəlxalq elmi-ilahiyyat konfransını təşkil etmişdi. Həmin konfransda ölkəmizi AMEA -nın əmək veteranı, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Avropa Təbiət Elmləri Akademiyasının akademiki kimi mən təmsil edirdim. Konfransın “Şərqşünaslıq” bölməsində mənim “Azərbaycan Albaniyasında olan qoşa və üç kilsələrin sirləri” və “Azərbaycan Albaniyasının Xalxal şəhərinin və qədim monastrının itirilmiş izləri ilə” mövzularında məruzələrim böyük maraqla dinlənildi. Belə mötəbər tədbirlə bağlı təəssüratlarımı AzərTAC-ın müxbiri ilə bölüşərkən bildirmişəm: - “Çalışırdım ki, konfrans iştirakçılarına ümummilli liderimiz Heydər Əliyevin tarix elmi ilə bağlı dəyərli tövsiyyələrini, eləcə də Prezident İlham Əliyevin multikulturalizmə dair fikirlərini qabarıq şəkildə çatdıra bilim. Onlar bilsinlər ki, azərbaycançılıq məfkurəsinə uyğun olan tolerantlığın, mədəni və dini müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək biz azərbaycanlıların ali məqsədidir. Başa düşsünlər ki, biz azərbaycanlıların amalı multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycanda mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirməkdir”. Sevindiricidir ki, məruzələrim sayəsində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, milliyyətcə erməni Liliya Franqulyan qoşa və üç kilsələrlə bağlı reallıqların indiyə qədər təhrif olunduğunu dərk edib. O, həmin kilsələrin ermənilərə yox, Azərbaycan Albaniyasının aborigen sakinləri olan türkdilli xalqlara məxsusluğunu və tariximizdən itirilmiş qədim Xalxal şəhərinin erməni şəhəri yox, Azərbaycan Albaniyasının şəhəri olması faktını sakitcə təsdiq edib. 

Bir sözlə, azərbaycanlı alimin hər iki məruzəsində indiyə kimi heç kimə məlum olmayan elmi yeniliklər bölmənin və konfransın yüksək rütbəli din xadimləri və elm adamlarının marağına səbəb olub. Bunun nəticəsidir ki, Rusiya Pravoslav Kilsəsinin Kazan Eparxiyası, Kazan Pravoslav Ruhani Seminariyası tərəfindən konfransın işində fəal iştirakına görə S.Tağıyevə təşəkkür edilib, məruzələrinə sertifikat verilib. Eyni zamanda, alimin təmsil olunduğu hər iki akademiyanın prezidentlərinə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Hayrettin İvginin elektron ünvanlarına minnətdarlıq məktubları göndərilib.

-  “Türkdən dönmə ermənilər” kitabınızın əsas məğzi nəyi ifadə edir?

- Bu kitabı hazırlayarkən İrəvan xanlığı ərazisindən gələn el oğullarım dedilər ki, erməni adı ilə qovduğumuz sakinlərimizin 95 faizini İrəvana buraxmadılar. Xalis erməniləri qəbul etdilər, digərlərini isə Rusiyaya yolladılar. Araşdrımalar göstərirdi ki, 1828-ci ildən sonra Türkiyə və İran ərazisində olan ermənilər bura köçürüldü. 1936-cı ildə erməni kilsəsinin nizamnaməsinin təsdiqlənməsi ilə bağlı bir qərar qəbul edildi. Bildirilmişdir ki, alban kilsələri də erməni kilsələri ilə əvəz olunmalıdır. 1828-ci ildən sonra xristian etiqadlı kəndlərimizdə kütləvi şəkildə qırıb soyqırım ediblər. O zaman çar Rusiyası başda olmaqla xristian eitqadlı kəndlərimizin hamısını məcburi surətdə, süni olaraq erməniləşdiriblər. Türkdən dönmə erməni kəlməsi də buradan yaranıb. 

Nigar Məhərrəm

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений