Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

‎Alimlər dua edirmi? – Eynşteyinin 6-cı sinif şagirdinə cavabı



Dünyada məşhur simaların başına gələn hadisələr xüsusi maraq cəlb edir.

Cebhe.info maraqlı məlumatlar silsiləsindən 1936-cı ildə Nyu-Yorkda altıncı sinifdə oxuyan Fillis adlı bir qızın Albert Eynşteynə yazdığı məktub və alimin ona cavabını təqdim edir:
"Hörmətli Eynşteyn! Məktəbdə dərs zamanı bizdə belə bir sual yarandı: Alimlər dua edirlərmi? Bu sualımızdan digər bir sual da törənmişdi: biz eyni zamanda həm elmə, həm də dinə inana bilərikmi? Hal-hazırda biz digər alimlərə və elm sahəsində görkəmli şəxslərə məktub yazırıq və onların bizim məktubumuza cavab verəcəklərinə ümid edirik. Siz bizim sualımızı cavablandırsanız, bu bizim üçün böyük bir şərəf olacaq.

Alimlər dua edirlər? Edirlərsə, nə haqda edirlər? Hal-hazırda mən altıncı sinifdə, xanım Ellisin sinifində oxuyuram. Hörmətlə Fillis”-deyə məktubda qeyd olunur.

Beş gündən sonra Eynşteyn məktubu lakonik olaraq cavablandırır: “Hörmətli Fillis! Mən sənin sualına bacardığım qədər sadə dildə cavab verməyə çalışacağam. Mənim cavabım: Alimlər bütün hadisələrin və hətta insanların fəaliyyətlərinin təbiətin qanunları sayəsində baş verdiklərini hesab edirlər. Bu səbəbdən hər hansısa bir alim hadisələrin gedişatına duaların təsir edəcəyini düşünmür. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fövqəltəbii güclər haqqında biliklərimiz bəsitdir. Buna görə həyatımızın sonu və vahid ruh haqqında inanclarımız imana əsaslanır.

Elmin müasir inkişafına baxmayaraq, bu inanclar bütün dünyada geniş yayılıb. Bundan savayı, elmin dərinliklərinə varan hər bir şəxs fövqəltəbii bir ruhun, insan ruhun dəfələrlə güclü bir ruhun bəşəriyyətin qanunlarını idarə etdiyinə əmin olur. Beləliklə, elm ilə məşğul olmaq insanda digər sadəlövh dini hisslərdən fərqlənən xüsusi bir növ dini hissin yaranmasına gətirib çıxardır. Hörmətlə, sizin A. Eynşteyn".

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений