Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Almaniyadan sığınacaq istəyən generallar: Ad açıqlandı



Türkiyədə 15 iyul dövlət çevrilişə cəhddən sonra 260-dan çox hərbçinin fərari olduğu məlum olub.

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, ölkə rəsmiləri fərarilərin əsas hissəsinin Avropa Birliyi ölkələrində olduğunu təxmin edir. 

Türkiyənin təkidinə baxmayaraq, AB üzvü olkələrin müvafiq orqanlarının Ankaraya açıq-aydın məlumat vermədiyini, bəzi ölkələrin Türkiyənin tələblərinə ciddi yanaşmadığını iddia edib. Doğru  məlumat axını olmadığı və Şengen zonası ölkələr arasında pasportsuz səyahət imkanı olduğu üçün kimin hansı ölkədə olduğunun müəyyənləşdirilməsində çətinlik yarandığı vurğulanıb. FETÖ-çülərin ABŞ və Avropa ölkələrinin hansında sığınacaq aldıqları dəqiq bilinmir.
 
Rəsmi şəxslər Almaniyaya pənah aparanlardan birinin daha əvvəl ABŞ-da ortaya çıxan NATO-da vəzifəsi olan general-mayor Mehmet Yalınalp olduğunu düşünür. Yalınalpın Almaniyaya müraciət edib, qəbul ediləcəyinə dair mesaj alandan sonra Frankfurta getmiş ola biləcəyi də güman edilir. Digər generalın da Cənub-şərqi Avropa Briqadasında (SEEBRİG) xidmət edən və bir müddət Yunanıstanda olduğu məlumatı alınan general-mayor Numan Yediyıldız ola biləcəyi bildirilir. Bir səlahiyyətli, "Almaniyada, Yunanıstanda çox saydadırlar. İspaniyada da olduqlarına dair bəzi kəşfiyyat məlumatlarımız var" deyə bildirib.

Məcid Həsənli
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений