Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AMB: Azərbaycanda qiymətlərin uyğunlaşması prosesi ləng gedir



"Azərbaycanda qiymətlərin adaptasiyası prosesi çox gec gedir". 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

"Qiymətlərin adaptasiyası müxtəlif amillərdən asılıdır. Əsasən, monetar xarakterli olmayan, daha çox xarici amillərdən asılıdır. 

Qiymətlərin düşməməsinə əsas səbəb idxal inflyasiyası, ərzaq inflyasiyası və s. amillərdir. Bu həmçinin psixoloji amillər, insanların gözləntiləri ilə bağlıdır. Bizim keçirdiyimiz iqtisadi transformasiyadan sonra gözləntilərin qısa müddətdə dəyişməsi çətindir", -
deyə AMB sədri əlavə edib.

"Mən manatın yaxın gələcəkdə ucuzlaşması ilə bağlı fikirləri eşitdikdə çox təəccübləndim. Əlbəttə ki, bu gözləntidir", - deyə E.Rüstəmov sözlərinə davam edib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений