Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Amerika hərbçilərinə əvəz tapıldı: Vaşinqton dollar və əsgər istəyir



ABŞ prezidenti Donald Tramp Suriyadakı qoşunlarına əvəz tapıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Suriyadan qoşunlarını çıxaracağını bəyan edən prezident onları ərəb hərbçilərlə əvəzləmək niyyətindədir. Bu barədə  “The Wall Street Journal” Ağ Evdəki mənbəyə istinadən yazıb.

Rəsmi Vaşinqton Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə bununla bağlı müraciət edib və Suriyanın şimalının bərpasında, həminin sabitliyin qorunmasında maliyyə dəstəyi istəyib. Söhbət milyardlarla dollardan gedir. ABŞ həmçinin istəyir ki, ərəb ölkələri bölgəyə öz qoşunlarını göndərsin və amerikalıların tərk etdiyi ərazilərdə yerləşdirsin.

Ancaq Trampın bu istəyi Ağ Evdə o qədər də "isti" qarşılanmayıb. Bəziləri hesab edir ki, amerikalıların ölkəni tərk etməsi Suriyada İran və Rusiya təsirini artıra bilər. 

Həmçinin terrorçular fəallaşaraq nəzarəti artırar. 

Eskpertlərin fikrincə, ərəblər maliyyə dəstəyi göstərsələr də, qoşun göndərilməsində Trampa müsbət cavab verməyəcəklər. “Belə ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq Yəmənə qoşun göndərib, Misir isə çətin ki, öz hərbçilərini hökumətin nəzarət etmədiyi bölgələrə göndərməyə razılaşsın",- deyə Vaşinqtondakı Yaxın Şərq İnstitutunun mütəxəssisi bildirib. O qeyd edib ki, ərəb liderləri amerikalıların olmadığı yerlərə hərbçi göndərmək fikrinə müsbət yanaşmır.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений