Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Anaklia limanının rəhbəri: “Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın effektivliyini artırmağa çalışır”



“Anaklia və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında imzalanmış memorandum tərəflər arasında əməkdaşlıq istiqamətində ilk addımdır”.
 
Bu barədə APA-nın Gürcüstan bürosuna Anaklia İnkişaf Konsorsiumunun direktoru Levan Axvlediani deyib.

Onun sözlərinə görə, bu memorandum çox vacibdir:

“Hesab edirəm ki, regionun əsas nəqliyyat oyunçularının dəhlizin inkişafı ilə bağlı ümumi baxışlar hazırlamaları çox önəmlidir”.
 
L. Axvlediani deyib ki, Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın effektivliyini artırmağa çalışır.
 
“Memorandumun əsas məqsədi əməkdaşlığa başlamaq, işçi qruplarının yaradılması və onların layihə və ideyalar üzərində işləməsidir. Anaklia dərin dəniz limanının tikintisinə dekabrın 20-də start veriləcək. Üç ildən sonra tikintinin başa çatdırılması nəzərdə tutulur. Liman tikinti işləri tam başa çatmadan, yəni iki ildən sonra ilk gəmiləri qəbul edə biləcək”.
 
İmzalanmış memorandumu şərh edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov isə deyib ki, sənəd iki limanın inkişaf strategiyalarının sinxronlaşdırılmasına yönəlib.

“Anaklia limanının tikintisi başa çatandan sonra daha böyük gəmilər Gürcüstan sahilinə yan ala biləcək. Böyük gəmilər isə böyük yüklərin daşınması deməkdir. Hər iki liman bir tunelin iki çıxışıdır. Bir-birimizə kömək edərək bu limanları inkişaf etdirəcəyik”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений