Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Anatoli Banişevskinin doğum günüdür



Fevral ayında Azərbaycanın bir çox məşhur futbolçularının doğum günüdür. Nazim Süleymanov fevralın 17-də 53 yaşını qeyd etdi. Zaur Tağızadənin 39 yaşı isə iki gün əvvəl tamam oldu. Bu gün isə əfsanəvi Anatoli Banişevskinin doğum günü qeyd olunur. Artıq 21 ildir ki, özünün iştirakı olmadan...

Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. Uşaq futboluna Bakının "Lokomotiv” klubunda başlayıb. 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi"də çıxış edib. "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə "Neftyanik” bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi.

Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. 

Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib. 1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz elədi. Bu onun ilk debütü oldu. Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. 

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib. O, 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.

Anatoli Banişevski uzun sürən xəstəlikdən sonra 1997-ci ilin 10 dekabrında Bakıda vəfat edib.

Cebhe.info
 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений