Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Anbardan toxum oğurlayan şəxslər saxlanıldı



Sabirabadda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Sabirabad rayon Moranlı kənd sakini Zahir İsparov ötən il dekabrın 30-da ərizə ilə RPŞ-nin Qaragüney Polis Bölməsinə müraciət edərək, dekabr ayı ərzində kənddə olmadığı müddətdə mağazasının arxasında yerləşən anbardan naməlum şəraitdə dəyəri 4500 manat olan 15 kisə yonca toxumunu oğurlanması barədə məlumat verib.

Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Aparılmış tədbirlərlə onların rayonun Zalqarağac kənd sakinləri Nurlan Mustafazadə, İlham Əlizadə və Kamran Bayramov olması müəyyən edilmişdir. O da aydın olub ki, sonuncu iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıblar.

N.Ə.Mustafazadə, İ.C.Əlizadə və K.R.Bayramov saxlanılaraq sonrakı tədbirlərin aparılması üçün RPŞ-nin İstintaq bölməsinə təqdim olunublar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений