Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ankara və Ağ Ev masaya oturur: Əsəd və kürdlər üçün gözlənilməz QƏRAR



Martın 19-da Türkiyə və Vaşinqton Suriya üçün yol xəritəsini müzakirə edəcək.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, iki ölkənin ordusu təhlükəsizlik dəhlizi yaradacaq və bu dəhliz vasitəsilə kürd silahlıları Menbicdən çıxacaq. 

İki ölkə kürd terrorçularının Menbici tərk etməsini izləyəcək. 

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Nazir bildirib ki, xalq özünümüdafiə dəstələri adlandırılan qurum heç bir şərtlə Menbicdə qalmayacaq. Orada ancaq Türkiyə və ABŞ hərbçiləri qalacaq ki, bu da kürd terrorçularının ərazini tərk etməsini izləmək üçündür. 

Nazirin sözlərinə görə, kürd terrorçularının bu qayda ilə ərazini tərk etməsi daha sonralar Rakkada icra ediləcək. Bu plan isə martın 19-da müzakirəyə çıxarılacaq. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений