Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ankaradan kürdlərə BÖYÜK JEST



Türkiyə mərkəzi Bağdad hökuməti ilə Şimali İraq Kürd Muxtariyyəti arasında münasibətlərin bərpası üçün vasitəçilik etmək niyyətindədir.Bu barədə açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın belə bir missiyaya hazır olduğunu deyib.Nazir bildirib ki, yanvarın 21-də İraqa nəzərdə tutulan səfəri zamanı ikitərəfli görüşlərdə bu məsələ müzakirə olunacaq.

Siyasi ekspertlər rəsmi Ankara ilə Ərbil arasında münasibətləri zəruri hesab etsə də, sözügedən prosesin heç də asan olmayacağını qeyd edir.Maraqlıdır, Türkiyənin belə bir təkliflə çıxış etməsinin səbəbi nədir?

Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə açıqlamasında Türkiyənin mərkəzi Bağdad hökuməti ilə Şimali İraq Kürd Muxtariyyəti arasında vasitəçilik etmək niyyətinin çox təəccüblü qərar olduğunu bildirib:

“Əvvəla Şimali Kürd Muxtariyyəti aşkar sürətdə referendum keçirdi və öz müstəqilliyini elan etdi. Buna görə də regional kürd hökumətinə qarşı müxtəlif təzyiqlər və sanksiyalar həyata keçirildi.Bu təzyiqlərin başında da mərkəzi İraq hökuməti dayanırdı.İndi Türkiyənin İraq hökuməti ilə kürd muxtariyyəti arasında vasitəçilik etmək niyyəti qəribə görünür. Çünki ötən il sentyabrın 25-də keçirilmiş müstəqillik referendumu Türkiyə üçün xoşagəlməz presedentlər yaradırdı. Hesab edirəm ki, son zamanlar Şimali Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani və baş naziri Neçirvan Bərzani Türkiyəni şirin dillə vasitəçilik etməyə inandıra biliblər.Onlar indiyə qədər Kərkükdə çıxarılan nefti qaçaq yolla satmaqla məşğul idilər. Bu proses Şimali Kürd Muxtariyyətinə milyonlarla dollar vəsait gətirib. Həmin gəlirin hesabına müstəqillik iddiasına düşüblər. İndi onlar Kərkük neftinə nəzarəti itiriblər və mərkəzdən büdcə ayırmalarına görə onlara düşən pay dayandırılıb. İraq regional hökuməti hazırda blokada şəraitində yaşayır. Bunun nəticəsində Şimali İraq Kürd Muxtariyyətinin gəlirləri xeyli azalıb, hətta hökumət məmurları belə maaş ala bilmir. Onlar Bağdaddan nə qədər xahiş etsələr də, hələ ki, muxtariyyət haqqında birmənalı qərara gələ bilmədiyindən mərkəzi büdcədən vəsait ayrılmır.Türkiyənin hansı əsaslarla bu vasitəçilik missiyasını etmək istədiyini anlamaq çox çətindir.“Ümumiyyətlə, bu, Türkiyənin nəyinə lazımdır” kimi suallar meydana çıxır.Kürd muxtariyyəti çox asanlıqla özü Bağdadla münasibətlərini qaydaya sala bilər. O, özünü İraqın ayrılmaz hissəsi elan edib və bır sıra səlahiyyətlərini mərkəzi Bağdada təhvil verib. Amma onlar hələ də inadkarlıq göstərir və bunu büruzə verməməyə çalışırlar.Ona görə də Türkiyənin son dövrlər xarici siyasətindəki bir sıra addımları başadüşülən deyil”.

Sentyabrın 25-də Şimali İraqda keçirilmiş Müstəqillik Referendumundan sonra Şimali İraq regional hökumətini blokada vəziyyətinə salması Bərzani iqtidarı ilə həm Ankaranın, həm də Bağdadın münasibətlərini gərgin vəziyyətə salıb.İndi bunu bərpa etmək nə qədər mümkün olacaq?Yəni, rəsmi Ərbil bu vasitəçiliyi qəbul edəcəkmi?

Politoloqun qənaətincə, vəziyyəti gərginləşdirən Şimali İraq Kürd Muxtariyyətidir:

“Onlardan tələb olunur ki, ərazilərində az da olsa, çıxan neftin satışı mərkəzi Bağdada tabe olunsun. Bundan əlavə, maliyyələşmə məsələsi Bağdad tərəfindən həyata keçirilsin.Sentyabrın 25-də Şimali İraqda keçirilmiş Müstəqillik Referendumunun nəticələrinin də rəsmi surətdə dondurduğunu bəyan edib. Onlar həm neft satmaq istəyirlər, həm mərkəzi Bağdad büdcəsindən dövlət qulluqçuları üçün maaş tələb edirlər. Məncə, Türkiyənin bu prosesdə iştirak etməsi, bu işləri heç də qaydaya salmayacaq.Son dövrlərdə Türkiyənin xarici siyasətdə atdığı addımları yozmaq o qədər asan məsələ deyil”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений