Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Araz Ağalarovla fotosu prezidenti “ələ verdi”



ABŞ prezidenti Donald Trampın Moskvaya səfəri zamanı gecəni qadınlarla keçirməsi barədə məlumatların müzakirəsi bitmir. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun keçmiş rəhbəri Ceyms Komi müəllifi olduğu kitabda Trampın Moskvada “özünü heç də yaxşı aparmadığı” barədə yazıb.

Tramp isə bu barədə deyilənləri təkzib edərək gecəni ümumiyyətlə Moskvada keçirmədiyini bildirib. Xatırladaq ki, söhbət “Dünya gözəli" müsabiqəsinin keçirildiyi ərəfələrdən gedir. Müsabiqənin təşkilatçılarından biri kimi Tramp Rusiya paytaxtına səfər edib. 

Bu dəfə isə “Bloomberg” Trampın alibilərini dağıdıb. Saytın yazdığına görə, Tramp iddiasının əksinə olaraq həmin gecə Moskvada keçirib və hoteldə qalıb. Belə ki, FlightAware şirkətindən əldə edilən məlumata görə, Trampın olduğu təyyarə Moskvaya 8 noyabrda çatıb. Tramp həmin gün müsabiqənin digər təşkilatçısı azərbaycanlı oliqarx Araz Ağalarovla fotosunu da paylaşıb. Tramp paytaxtı  noyabrın 9-dan 10-a keçən gecə tərk edib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений