Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Arda Turan qol vurdu, “mehmetçiy”ə salam göndərdi - FOTO



Futbol üzrə Türkiyə çempionatının “Başakşəhər” - “Bursaspor” matçında maraqlı anlar yaşanıb.

Cebhe.info xəbər verir ki, “Başakşəhər”in “Barselona”dan icarəyə götürdüyü Arda Turan matçın 65-ci dəqiqəsində meydana daxil olub və yeni klubunda qol hesabını açıb.

86-cı dəqiqədə fərqlənən 30 yaşlı yarımmüdafiəçi qoldan sonra əsgəri salam verərək Suriyada “Zeytun budağı” əməliyyatı aparan türk hərbçilərinə jest edib.

Qeyd edək ki, "Atletiko", "Barselona" kimi klublardan çıxış etmiş Arda Turan 6 il 8 aydan sonra Türkiyə Superliqasında çıxış edib.

Aydın

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений