Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Arif Quliyev şikayətləndi: “Azərbaycan filmi baltalanır” – MÜSAHİBƏ



Cebhe.info-nun müsahibi barəsində dəfələrlə ölüm xəbəri yayılan, lakin təkzib edilən sevimli aktyorumuz Arif Quliyevdir.

-Arif müəllim, bəzi tanınmış  sənətkarlar müsahibələrində qeyd edirlər ki, yeni çəkilən filmlərdə rol almaları onlar haqqında mənfi imic yarada bilər. Necə hesab edirsiniz, belədirmi?

-Korifey sənətkarların  püxtələşməkdə olan rejissorların filmlərində çəkilməsi çox yaxşı  haldır. Biz bu gün gənclərə bu yolla kömək etməli, dəstək olmalıyıq.Biz də yeni başlayanda korifey sənətkarlarla bir filmə çəkildik, onlardan öyrəndik, bəhrələndik, qidalandıq.Bizdən də yeni nəsil qidalanmalıdır, bunun üçün də biz filmlərə çəkilməliyik.Gənclərlə bir səhnəni bölüşməliyik.Son zamanlar çəkilən filmlərdə Rasim Balayevin, Fuad Poladovun yer almasını alqışlayıram.Gənc nəsillə yaşlı nəsilin vəhdətini təşkil etmək çox gözəldir.

-Yeni çəkilən filmləri köhnə Azərbaycan filmləri ilə müqayisə etmək olarmı?

-Hərənin bir fikri var, amma mən onu deyə bilərəm ki, dama-dama göl olar. Bu rejissorlar çəkə-çəkə öyrənəcəklər, burada həm yeni aktyorlar, aktrisalar yetişəcək, həm də kinomatoqrafiya inkişaf edəcək.Biz özümüz də vaxtilə, yeni sənətə başlayanda səhvlər edə - edə öyrənmişik bu sənəti.Dahi yunan filosofu da deyib ki, hər şey dəyişir, hər şey inkişaf edir.Əgər gənclər təşəbbüs göstərirlərsə, bunun özü irəliləyişdi və tədricən onlar püxtələşəcəklər.

-Sizə verilən obrazı və gənclərin rollarını və ifalarını bəyəndinizmi? 

-Əlbəttə. Çox bəyəndim.Son filmdə mənim obrazım zəhmətkeş kəndli obrazı idi.Çox razı qaldım həm gənclərin obrazlarına ciddi və məsuliyyətlə yanaşmasından, həm də mənə təklif olunan obrazdan.

-Qonorar necə, sizi qane etdimi?

-Çox razı qaldım qonorardan. Düzdür, mənim obrazım əsas obraz deyildi.Bir neçə kadra çəkilmişdim.500 manat qonorar aldım.Əsas pul, para, qonorar deyil, əsas sənin yaratdığın obrazdır, sənətdir.Qonorar 1 manat da ala bilərsən, 1000 manat da.Əsas obraz səni qane etsin.Sabah filmə baxanda izləyicilər sənin nə qədər qonorar alıb-almadığını düşünməyəcək, onlar baxıb razı və ya narazı qalacaqlar.

-Kinoteatrlar arasında olan çəkişmə sizcə, nə ilə yekunlaşacaq. Azərbaycan kinosu bu çəkişmədən nə itirəcək?

-Bu çox mənfi tendensiyadır, Azərbaycan filmi baltalanır. Biz hamımız film üçün canımızı, sağlamlığımızı qoymuşuq, amma indi düşdüyümüz duruma baxın.Bir-birlərinə qısqanclıq edirlər.Niyə o kinoteatra verdin filmi, niyə bu kinoteatra verdin. O verdisə, mən vermirəm. Bunun da güdazına film gedir, rejissorlar, aktyor-aktrisalar gedir.Bunun üçün bildiyim qədərilə Mədəniyyət və Turizm Nazirliyi də xəbərdarlıq edib, amma yenə də problem qalmaqdadır.İnşallah, yaxşı düşünək, hər şey həll olunar və qaydasına düşər. 

Rövşən Əsədov
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений