Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Asif Məmmədov: "Qalib gələcəyimizə inanırdıq, amma belə hesabı gözləmirdik" MÜSAHİBƏ



Topaz Premyer Liqasının 13-cü turunda "Qəbələ" səfərdə "Kəpəz" 6:1 hesabıyla qalib gəlib.
 
Sportal.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın yarımmüdafiəçisi Asif Məmmədov jurnalistlərə müsahibə verib. Məmmədov ilk olaraq qarşılaşma haqda təəssüratlarını bölüşüb:
 
- Gəncə təmsilçisi ilə oyunlarımız hər zaman ağır olub. Bu stadionda qalib gəlmək bizə asan olmur. Buna görə də çox ciddi hazırlaşmışdıq və bəhrəsini də gördük.
 
- Hokkey hesabı gözləyirdin?
- Xeyr, sözün düzü, gözləmirdik. Qalib gələcəyimizə inanırdıq, amma belə hesabı gözləmirdik.
 
- Ancaq ilk dövrədə “Kəpəz”ə uduzmuşdunuz...
- Bu, futboldur. Belə şeylər olur. Bəlkə də, həmin oyuna rahat çıxmışdıq.
 
- Gəncə şəhər stadionun əvvəlki ot örtüyündə oynasaydınız, necə olardı?
- Bizim üçün çətin olacaqdı. Bu daha yaxşıdır. Belə qazon üçün təşəkkür düşür.
 
- "Qəbələ"nin "Qarabağ"a çatması real görünür?
- Əlbəttə, realdır. Aramızda 3 xal fərqimiz var. “Qarabağ”ın da bir oyunu ehtiyatdadır. Amma əvvəlcə “Zirə”ni qabaqlamalıyıq. Mövsümün bitməsinə çox var. Hər şey ola bilər.
 
- “Zirə” – “Qarabağ” matçında hansı nəticəni arzulayırsan?
- Bizə sərf edən hansıdırsa, o olsun. Heç-heçə olsa, pis olmaz (gülür).

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений