Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi



Ötən ilin sonlarında təşkil olunan A kateqoriyalı məşqçi kurslarına qatılan məşqçilərin imtahan nəticələri açıqlanıb.

Bu dəfə futbol təhsilini artırmaq istəyənlər arasında Elmir Xankişiyev, Cavad Mirzəyev, Azər Cabbarov, İlham Yadullayev, Kamal Quliyev, Samir Musayev, Füzuli Məmmədov və Xaqani Məmmədov kimi veteran futbolçular olublar.

Əldə etdiyimiz məlumata görə, adını çəkdiklərimizdən yalnız Kamal Quliyev A kateqoriyasına yiyələnə bilməyib. Hazırda “Neftçi”nin aşağı yaş qruplarında seleksiya qrupunun rəhbəri kimi çalışan Kamal bəy imtahanda zəif nəticə göstərib.

Ölkənin sayıllıb-seçilən futbolçularından biri olan, məşqçi kimi 2015/16 mövsümündə artıq tarixin yaddaşına köçmüş “Neftçala”nı birinci divizionun qalibi edən Quliyevlə əlaqə saxlayıb, imtahandan kəsilməsinin səbəbinə aydınlıq gətirməsini istədik:

“Əvvəlcə A kateqoriyasına sahib çıxan bütün məşqçiləri təbrik edirəm. Onlara gələcəkdə daha böyük uğurlar arzulayıram. O ki qaldı mənim kəsilməyimə, açığı, bu məsələ özümə də qaranlıq qaldı. Fikrimcə, imtahanları kateqoriya alanların heç birindən zəif verməmişəm. Yaxın günlərdə bizə dərs keçən Aslan Kərimovla görüşüb kateqoriya ala bilməməyimin səbəbini soruşacam. Bəlkə elə məsələ var ki, mən onu doğru bildiyim halda kurs rəhbəri başqa fikirdədi. Uzun illər futbol oynayan, məşqçi kimi də az təcrübəyə malik olmayan biri kimi mənə hər detal maraqlıdı. Kateqoriya alanların əksəriyyəti artıq neçənci dəfə idi imtahanda iştirak edirdi. Mən isə birinci dəfə A kateqoriyası almaq üçün kurslara qatılırdım. Ümid edirəm ki, növbəti dəfə məqsədimə nail olacam. Ancaq yenə deyirəm, imtahan suallarını heç kimdən zəif cavablamamışam”.

Dövrələrarası fasilədə Kamal bəyin adı “Neftçi”nin əvəzedici komandası ilə yanaşı hallanırdı. Hətta bəzi mətbu orqanlarda onun əvəzedicilərin “sükanı arxasına” keçidinin rəsmiləşdiyi ilə bağlı xəbərlər də yazılmışdı. Lakin məlum olduğu kimi bu gün “ağ-qaralar”ın “ikincilər”i Vadar Nuriyevə tapşırılıb. Kamal bəy bizimlə söhbətdə bu məsələyə də aydınlıq gətirdi: “A kateqoriyamın yoxluğu mənə mane oldu. Rəhbərlik məhz bu nüansı nəzərə alıb, əvəzedici komandanı Vadar müəllimə tapşırdı”. ("Futbol plus" qəzeti)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений