Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AŞPA-da korrupsiyaya dair qətnamə layihəsi və tövsiyələr qəbul olunub



ASPA nın yaz sessiyasına Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı əsasında Prosedur Qaydaları, Toxunulmazlıq və İnstitusional Məsələlər Komitəsinin hazırladığı qətnamə layihəsi və tövsiyələr qəbul olunub.   

APA-nın məlumatına görə, qətnamə layihəsinin lehinə 123, əleyhinə 9 parlamentar səs verib, 10 parlamentar bitərəf qalıb.

Tövsiyələrin lehinə 124, əleyhinə 10 parlamentar səs verib, 8 nəfər bitərəf qalıb.

Qətnamədə bütün faktların və məlumların təxirə salınmadan araşdırılmasının davam etirilməsinə çağırış əksini tapıb. Siyasi qruplar Monitorinq Komitəsinə, Prosedur Qaydaları, Toxunulmazlıq və İnstutsional Məsələlər Komitəsinə, Avropa insan Haqları Məhkəməsinə hakimlərin seçilməsi komitəsinə, həmçinin seçkiləri müşahidə missiyalarına məruzəçilərin seçilməsi zamanı əvvəlki praktikaları nəzərdən keçirməyə, mövqe və qərarlara yenidən baxmağa çağırır.

Assambleya fərdi siyasi məsuliyyət prinsiplərini xatırladaraq adı çəkilən üzvlərin mandatlarından imtina etmələrini gözləyir.

Siyasi qrupları və milli parlamentlər daxilində siyasi qrupları onların üzvlərinə qarşı istənilən korrupsiya ittihamını nəzərdən keçirməyə çağırır. Həmçinin qətnamədə Avropa Parlamenti, ATƏT kimi təşkilatların da şəffaflığı təmin etmək üçün bu kimi hesabatlar hazırlamasına çağırış edilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений