Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AŞPA-dan növbədənkənar seçkilə bağlı müraciət: “Təxirə salın”



Avropa Şurası Parlament Assambleyasi növbədənkənar seçkiylə bağlı Türkiyəyə müraciət edib.

Cebhe.info xəbər verir ki, Assambleya 24 iyunda keçirilməsi nəzərdə tutulan seçkini təxirə salmağı təklif edib. Buna səbəb kimi isə seçkinin Avropa kriteriyalarına cavab verməyəcəyi göstərilib.

AŞPA-da belə hesab edirlər ki, mövcud şərtlər daxilində keçiriləcək seçki Avropa standartlarına uyğun ola bilməz.

Xüsusilə fövqəladə hal rejiminin davam etdiyi bir zamanda polisin seçki məntəqələrinə girmək imkanının da olduğu vurğulanıb. Qərarın heç bir tətbiq mexanizmi yoxdur, ancaq tövsiyə xarakteri daşıyır.  AŞPA-nın 24 iyun seçkilərinə müşahidəçi göndərib-göndərməyəcəyi hələlik məlum deyil.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений