Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Astarada erkən nikahın yaratdığı problemlər müzakirə olunub



11 iyun 2018-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erkən evlilik” probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində sonuncu konfrans Astara Pedaqoji Kollecində keçirilib.

Tədbirdə ilk çıxış edən Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov mövzunun əhəmiyyətindən, kollecin fəaliyyətindən, təhsil durumundan qısa danışıb.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü təmsil etdiyi ictimai təşkilatın QHT-lərə Dövlət Dəstəyi Şurasıyla birgə icra etdiyi layihələrdən bəhs edib. M.Göyüşlü erkən evlilik problemindən, onun yaranma səbəblərindən söz açıb. Təşkilat sədri təhsil səviyyəsinin aşağı olduğu və sosial-iqtisadi durumun çətin olduğu ərazilərdə problemin artdığını qeyd edib. O, vəziyyətin mənfi istiqamətdə artmaması üçün inzibati tədbirlərin tətbiq olunmasının, maarifləndirici konfransların keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. M.Göyüşlü layihənin sonunda müvafiq qurumlara təkliflər təqdim edəcəklərini söyləyib.

Astara rayon Mərkəzi Xəstəxanasının həkimi Emin Rzayev erkən evliliyin tibbi, psixoloji, bioloji fəsadları haqqında danışıb. O, Ümumdünya Səhiyyə Təşkilatının erkən evliliklə bağlı müəyyən etdiyi qaydaları, açıqladığı faktları sadalayıb. Həkimin sözlərinə görə erkən evlilikdə olan qızlar uşaq dünyaya gətirərkən problemlərlə, psixoloji çətinliklərlə, müxtəlif xəstəliklərlə qarşılaşırlar. E.Rzayev aparılan araşdırmalara istinad edərək 20-30 yaşın tibbi və psixoloji baxımdan evlilik üçün uyğun olduğunu bildirib.

Lerik rayonunun tarix müəllimi Xalid Hüseynov dünyada və Azərbaycanda erkən evlilik sahəsində olan statikstik rəqəmləri açıqlayıb. O, eyni zamanda ölkəmizdə mövcud olan boşanma faklatından da bəhs edərək, onun faizinin yüksək olmasını narahatlıqla dilə gətirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений